Məktəbdə "Torpaq çərşənbəsi" iməciliyi keçirildi

Novruz ərəfəsində sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. Bu çərşənbə xalq arasında "Yer çərşənbəsi", "İlaxır Çərşənbə" və ya "Torpaq çərşənbəsi" adlanır. İnama görə torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar.Əfsanəyə görə adamların ərzaq qıtlığından əziyyət çəkdikləri bu gündə Su, Od və Yel Torpaq xatunun yeraltı məbədinə qonaq gəlir, burada yatmış Torpağı oyadırlar.“Çərşənbələrin sonuncusu Axır çərşənbədir. 318 nömrəli məktəbdə sonuncu çərşənbə - "Torpaq çərşənbəsi" iməciliyi keçirildi. İməcilikdə məktəbyanı sahələr təmizləndi, gül dibçəklərinə qulluq edildi, abadlıq işləri görüldü. Layihənin həyata keçirilməsinin əsas məqsədi şagirdlərin Azərbaycanın adət-ənənələri ilə bağlı məlumatlandırılması, milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsi və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasıdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi