III sinif şagirdləri ilə psixodiaqnostik iş aparıldı

318 nömrəli tam orta məktəbin psixoloqu Vəfa Əliyeva tərəfindən III sinif şagirdləri ilə idrak və kommunikativ inkişaflarının səviyyələrini yoxlanılması məqsədilə diaqnostik testlər edildi.
Yaddaşı, yaddasaxlamanı ölçmək məqsədi ilə " Quşu rənglə" testini, diqqətin keçirilməsi, paylanmasını ölçmək məqsədilə "Pyeron Ruzer" testini, bilik, məlumatlılıq, söz ehtiyatını ölçmək məqsədi ilə təfəkkürün itiliyini tədqiq edən subtestlər edildi.
Diaqnostik qiymətləndirmədə bütün III sinif şagirdləri iştirak etdi. Nəticələr yüksək, orta, aşağı olaraq qiymətləndirildi.