"Gəncliyin ilk bahari" adlı maarifləndirici iş aparıldı

Məktəbin psixoloqu Vəfa Əliyeva IX sinif şagirdləri ilə “Reproduktiv Sağlamlıq” layihəsi üzrə "Gəncliyin ilk baharı " adlı maarifləndirici profilaktik iş gördü . Şagirdlərə gəncliyin ilk baharı adlandırdığımız yeniyetməlik dövrünün əsas fizioloji və psixoemosional xüsusiyyətləri haqqında məlumatlar verildi.
Belə nəticəyə gəlindi ki, həmin mərhələdə bədənimizdə gedən proseslər normal haldır, bu prosesləri şüurlu şəkildə qəbul etmək lazımdır. Psixoemosional sahəni isə idarə etməyi öyrənmək mümkündür. Bu məqsədlə "Psixi vəziyyətin özünüqiymətləndirmə " testi keçirildi. İş vərəqləri paylanıldı, suallar müzakirə olundu və cavablandırıldı.