“Bullinq” mövzusunda maarifləndirmə işi aparıldı

318 nömrəli tam orta məktəbin psixoloqu Vəfa Əliyeva  “Bullinq” mövzusunda VII sinif şagirdləri ilə maarifləndirmə işi apardı. Bildirdi ki, psixoloji Bullinq şagirdlərin təfəkkür, yaddaş, qavrama, diqqət, təxəyyül kimi idrak proseslərinə, həmçinin sosial və əxlaqi dəyərlərinin düzgün formalaşmasına mənfi təsir göstərir. Bu vəziyyət isə zehni qabiliyyət və məktəb uğurunun azalmasına səbəb olur.

Şagirdlər mövzu barəsində müxtəlif keysləri oxudular və videolara baxdılar.

Sonda birlik, eynilik göstərmək üçün hər bir şagird eyni rəngdən istifadə edərək iş vərəqlərini rənglədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi