Yeni Azərbaycan Partiyası Suraxanı rayonu 318 nömrəli tam orta məktəb üzrə təskilatın hesabat iclası keçirildi

9 mart 2017-ci il tarixində Yeni Azərbaycan Partiyası Suraxanı rayon 318 nömrəli tam orta məktəb üzrə təskilatın hesabat iclası keçirildi. İclası giriş sözü ilə açan YAP Suraxanı rayon məktəb təşkilatının sədri Fərhad Həsənov iştirakçıları iclasın gündəliyi ilə tanış etdi. İclasın gündəliyində aşağıdakı məsələr var idi: 1- 318 nömrəli tam orta məktəbin ərazi partiya təşkilatının sədrinin və katibinin seçilməsi. 2- YAP konfransında iştirak etmək üçün yeni nümayəndələrin seçilməsi. İlk öncə, İclasda partiya təşkilatının sədri və katib təyin olundu, daha sonra yeni tərkibi seçildi. Yekdilliklə qəbul edilən qərara əsasən Yap Suraxanı rayon 318 nömrəli tam orta məktəb üzrə sədr məktəbin direktoru M.A.Kazımov, katibi isə kitabxana müdiri A.R.Rüstəmova təyin edildi. M.A.Kazımov çıxış edərək bildirdi ki, məktəb təşkilat üzvləri YAP -ın yaradıcısı ulu öndər Heydər Əliyev ənənələrinə sadiq qalaraq, keçiriləcək dövlət tədbirlərində, ictimai işlərdə fəal iştirak edəcək. Sonda Suraxanı rayon Yeni Azərbaycan Partiyasının sədr müavini Fərman Rəsulov çıxış etdi, O, son dövrdə məktəbin istər ictimai, istərsə də dövlət tədbirlərində fəal iştirakını vurğuladı. Qeyd etdi ki, təhsilin cəmiyyətdə baş verən neqativ halların qarşısının alınmasında çox böyük rolu vardır.