8 MART BEYNƏLXALQ QADINLAR BAYRAMINIZ MÜBARƏK!

Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir. Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Bu münasibətlə 318 nömrəli orta məktəbdə məktəbimzin direktor əvəzi M.Kazımov 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə qadın kollektivinin bu əziz bayramını təbrik edib, onlara xoş arzularını bildirdi. Fəaliyyətində fərqlənən, ictimai işlərdə seçilən bir qrup müəllim fəxri fərmanla təltif edildi. Əziz xanımlar, bayramınız mübarək!