"Uşaq Hüquqları Aylığı" lahiyəsi
Uşaq hüquqları — dünyadakı bütün uşaqların qanunla və ya əxlaqi baxımdan doğulduqları gündən sahib olduğu təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının hamısının birdən təyinində istifadə edilən universal anlayışdır.
Uşaq hüquqları Konvensiyası – BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir.
"Uşaq hüquqları" aylığı lahiyəsi çərçivəsində məktəbin psixoloqları Vəfa Əliyeva və Şəbnəm Əzizova tərəfindən şagirdlərlə "Hüquqlarımızı qoruyaq və bilək!" mövzusunda maarifləndirici söhbətlər aparıldı. Şagirdlərə uşaq hüquqlarının yaranma tarixi, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumatlar verildi. Görüş zamanı slayd göstərildi, videoçarx nümayiş olundu.
Sonda şagirdlər görüşlə bağlı təəssüratlarını yazı yazmaqla, şəkil çəkməklə vərəq üzərində əks etdirdilər.