"Təhlükəsiz informasiya axtarışı" mövzusunda maarifləndirmə işi keçirildi

Məktəbin psixoloqları Vəfa Əliyeva və Şəbnəm Əzizova  tərəfindən "Reproduktiv Sağlamlıq" istiqamətində IX sinif şagirdləri ilə "Təhlükəsiz informasiya axtarışı" mövzusunda maarifləndirmə işi keçirildi. Maarifləndirmə işinin əsas mahiyyəti şagirdlərin etibarlı informasiya anlayışının izahı və etibarlı informasiya mənbələrini ayırd etməsi, "intim" anlayışının izahı, müxtəlif situasiyalarda əldə ediləcək informasiyanın təhlükəsizlik kriteriyaları və s. haqqında idi. Psixoloqlar şagirdlərin sualları çəkinmədən ifadə etmələri üçün səmimi şərait yaratdı.

Sonda şagirdlərin mövzu ilə əlaqədar fikir və təkliflərini öyrənmək məqsədi ilə  anket paylanıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi