"Mən və mənim əhatəm" adlı məşğələ keçirildi
"Reproduktiv sağlamlıq" tədrisi üzrə məktəbin psixoloqları Vəfa Əliyeva və Şəbnəm Əzizova tərəfindən VIII sinif şagirdləri ilə "Mən və mənim əhatəm" mövzusunda məşğələ keçirildi. Söhbət oğlanlar və qızlar üçün ayrı-ayrı təşkil edildi. Psixoloqlar tərəfindən şagirdlərə yeniyetməlik dövründə dostluğun onlar üçün əhəmiyyəti barədə, düzgün mühit və dost seçimi, dostluğa verilən tələblər, yeniyetmə oğlanlar və qızlar arasında dostluq münasibətləri kimi suallar ünvanlandı. Mövzuya uyğun olaraq şagirdlərlə "Profil" metodikası keçirildi. Şagirdlər özlərinə və dostlarına olan münasibəti haqqında onlara təqdim edilən kağızlarda fikirlərini yazdılar.
Məşğələ şagirdlər arasında maraqla qarşılandı, müzakirələr əsasında suallar cavablandırıldı.