Bizim Riyaziyyatçılar bilik yarışmasına hazırlaşır

104 saylı orta məktəbdə keçiriləcək riyaziyyat fənni üzrə bilik yarışmasına hazırlıq məqsədi ilə riyaziyyat fənnindən 318 saylı orta məktəbdə siniflərarası yarışma keçirildi. Yarışma 02.03.2017-ci il tarixdə məktəbimizin riyaziyyat müəllimi Vüsalə Abbasovanın rəhbərliyi ilə keçdi. Şagirdlər onlara təqdim olunan suallara böyük həvəslə cavab verərək, riyaziyyatda əldə etdikləri nailiyyətlərini nümayiş etdirdilər. Bu kimi yarışmalar məktəblilərin riyaziyyata olan marağını artırmaqla bərabər, onların məntiqi təfəkkür və düşüncə tərzini - diqqət, hafizə və qavrama kimi vacib bacarıqlarının inkişafına müsbət təsir göstərəcəyinə əminik. Daha yüksək nəticə göstərən şagirdlər imtahanın 2-ci mərhələsinə keçdi.