10 oktyabr – “Ümumdünya Psixi Sağlamlıq Günü”dür
Sağlamlığın ayrılmaz və əhəmiyyətli hissəsi olan psixoloji sağlamlıq hər kəsə öz bacarıq və şəxsi potensialını nümayiş etdirməyə, adi həyat stresslərini dəf etməyə, məhsuldar və faydalı iş görməyə, cəmiyyətə xeyir verməyə imkan yaradır.
Dünya əhalisinin psixi sağlamlıq problemləri ilə bağlı məlumatlılıq səviyyəsini yüksəltmək məqsədi İlə hər il oktyabrın 10-da “Dünya Psixi Sağlamlıq Günü” (World Mental Health Day) qeyd edilir. Psixi sağlamlıq fiziki sağlamlıq qədər əhəmiyyətlidir.
Psixi Sağlamlıq günü ilə əlaqədar 318 nömrəli tam orta məktəbin psixoloqları Vəfa Əliyeva və Şəbnəm Əzizova tərəfindən "psixi sağlamlıq" anlayışı haqqında şagirdlərin məlumatlılıq səviyyəsini yüksəltmək məqsədi ilə kiçik yaşlı və yeniyetmə şagirdlərlə maarifləndirmə işi aparıldı. Maarifləndirmə işi zamanı şagirdlərə psixi sağlamlıq və ona təsir edən amillər haqqında ətraflı məlumat verildi. Mövzuya uyğun slayd təqdim edildi və iş vərəqləri paylanıldı.
Sonda mövzu ilə əlaqədar şagirdlərin fikirləri dinlənildi və müəyyən tövsiyələr verildi.