Birinci sinif şagirdləri ilə diaqnostika işi aparıldı
318 nömrəli tam orta məktəbin psixoloqları Vəfa Əliyeva və Şəbnəm Əzizova tərəfindən birinci sinif şagirdləri arasında "Kern - Yerasek"- məktəbə hazırlıq səviyyəsinin öyrənilməsi testi keçirildi. Məqsəd test vasitəsilə şagirdlərdə kiçik motorikanın, oxşarı bilmək bacarığının müəyyənləşdirilməsi, ixtiyari diqqətin və intellektual səviyyənin aşkar edilməsi idi. Test insan şəkli çəkmə, cümlə yazma və fəza vəziyyətinə görə qeyd olunmuş nöqtələrin olduğu kimi üzdən köçürülməsi tapşırıqlarından ibarət idi. Prosesə bütün 1-ci siniflər cəlb olundu.
Testin nəticələri haqqında sinif rəhbərləri və valideynlər məlumatlandırıldı. Şagirdlərin məktəb təliminə hazırlıq səviyyəsi "yüksək", "orta", "aşağı" səviyyə olaraq qiymətləndirildi.