V sinif şagirdlərinin orta təhsil pilləsinə adaptasiyası istiqamətində maarifləndirmə işi aparıldı

Şagirdlərin həyatında baş verən ən mühüm dəyişiklik onların ibtidai sinifdən orta sinfə keçməsindən ibarətdir.Tədris artıq ibtidai sinifdə olduğu kimi  bir müəllim tərəfindən deyil, bir neçə fənn müəllimi tərəfindən həyata keçirilir. Bu səbəbdən məktəbin psixoloqları Vəfa Əliyeva və Şəbnəm Əzizova tərəfindən V sinif şagirdləri ilə onların yeni təhsil pilləsinə adaptasiyası istiqamətində maarifləndirmə işi aparıldı. Şagirdlərin bu dövründə həyəcan, qorxu, gərginlik kimi hisslərin təbii olduğu bildirildi və bununla necə mübarizə aparmağın yolları barədə müzakirələr aparıldı.

Son olaraq, mövzu ilə bağlı şagirdlərlə psixoloji məşğələ edildi, şagirdlərin fikirləri dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi