OD ÇƏRŞƏNBƏNİZ MÜBARƏK!

Novruz bayramı əsrlər boyu davam edən tariximizin milli adət-ənənələrini, böyük mənəvi dəyərlərini qoruyaraq günümüzə qədər gəlmiş olan ən gözəl bayramlardan biridir. Hal-hazırda Novruz bayramı və ilaxır çərşənbələr ərəfəsində həyata keçirilməsi planlaşdırılıan fəaliyyətlərdən biri də “Çərşənbə iməclikləridir” . Bu məqsədlə Bakı şəhəri 318 № li tam orta məktəbdə də bu layihəni dəstəkləyərək Çərşənbə iməcliklərinə start verilib. Artıq Od çərşənbəsini qeyd edirik. Boz ayda qeyd edilən ikinci çərşənbə- Xalq arasında Üskü çərşənbə, Addı çərşənbə kimi tanınan Od çərşənbəsidir. 28.02.2017 tarixində məktəbimizin 5 İ sinfinin idman dərsində şagirdlərin iştirakı ilə iməclik təşkil olundu. İlk öncə sinifdə şagirdlərə Novruz bayramı və onun əsas atributlarından olan çərşənbələr haqqında şagirdlərə ümumi məlumat verildi . Daha sonra şagirdlər məktəbyanı ərazidə təmizlik işləri apardılar, sahəni alaq otlardan, artıq çör-çöplərdən təmizlədilər. Məqsəd şagirdləri ətrafda baş verənlərə yaradıcı yanaşmağa istiqamətləndirməklə onların təfəkkürünü inkişaf etdirmək, sosiallaşma, ümumi məqsəd uğrunda birgə çalışmaq, ətraf mühitə və canlılara qarşı diqqət, qayğıkeşlik, kimi dəyərləri aşılamaqdır.