Pedaqoji Şuranın növbəti iclası keçirildi

11 sentyabr 2024-cü il tarixində 318 nömrəli tam orta məktəbin fəaliyyət planına uyğun olaraq Pedaqoji Şura iclası keçirildi. Şurada Bakı Şəhər üzrə Təhsil İdarəsinin 06.09.2024 tarixli, 3-29 59/3-2-451F/2024 saylı əmrinə əsasən ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin təşkili barəsində əmrin icrasının təmin edilməsi haqqında məsələlər müzakirə edildi.  İclas ərzində məktəb rəhbərliyi məktəbin və pedaqoji şuranın illik fəaliyyət planının təsdiqi, məktəbin iş və gün rejimi, siniflərin komplektləşdirilməsi, dərs bölgüsü, şagird davranış qaydaları, dərs cədvəllərinə verilən tələblər, cari məsələlər və s. mövzularda çıxış etdilər.

            Sonda müəllimlərin təklifləri dinlənildi və yeni tədris ili münasibəti ilə uğurlar arzu edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi