Biologiya müəllimi Mehdiyeva Səhla 7 "Ç" sinfində "Açıq dərs" keçdi

24 fevral 2017-ci il tarixində məktəbin biologiya müəllimi Mehdiyeva Səhla Rəşid qızı 7 "Ç" sinfində “Yastı qurdların həyat fəaliyyəti mövzusunda açıq ders keçmişdir. Dərsdə kollektivlə iş forması və əqli hücum, cütlərlə iş, müşahidə və testlərlə iş üsulundan istifadə olunmuşdur. Şagirdlərdən frontal və fərdi sorğu suallarından istifadə edərək keçilən mövzu və ev tapşırığı yoxlandıqan sonra şagirdlərin qarşısına problem-sual şəklində motivasiya sualı olaraq təbiətin cisim ve maddələrdən təşkil olunduğu, təbiətin canlı ve cansız olaraq iki qrupa bölündüyü vurğulanır və canlı təbiəti cansız təbiətdən necə fərqləndirmək olar sualı qoyulur. Beləliklə, şagirdlər həyat fəaliyyətinin canlılara xas olan xüsusiyyət olduğunu qeyd edir və "Açıq dərs"in mövzusu şagird ve müəllimlə birlikdə araşdırılır. Araşdırma dərslik materialına, illüstrasiyalara və internetdən götürülmüş mövzunu əhatə edən videoçarxlara əsaslanır. Dərsin sonunda şagirdlərin böyük marağına respublikamızda Neyroncərrahiyə xəstəxanasında böyük ses-sədaya səbəb olan və uğurlu keçən 7 yaşlı qızın beynindən exinokkok qovuğunun çıxarılması əməliyyatının bir hissəsinin izlənməsi səbəb oldu. Beləliklə, şagirdlər eyni zamanda həm qurdların həyat fəaliyyetini öyrəndilər, həm parazit qurdların insan üçün nə qədər böyük təhlükə yaratdığını əyani şəkildə gördülər və sağlam olmaq, parazitlərdən özünü müdafiə etmək üçün gigiyena qaydalarına əməl etməyin zəruri olduğuna bir daha əmin oldular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi