"Müəllim-şagird-valideyn üçbucağı" adlı layihə ilə bağlı valideyn iclası keçirildi

"Müəllim-şagird-valideyn üçbucağı"  mövzusunda 6 "Ç" sinfində valideyn iclası keçirildi. İclasın keçirilməsində əsas məqsəd dövrün aktual məsələlərindən biri olan valideyn-məktəb münasibətlərinin şagirdlərin həyatında rolu və əhəmiyyətini təhlil etmək, təhsilin məzmununda, təlim-tərbiyənin təşkili məsələlərində baş verən dəyişikliklərlə və tələb olunan fəaliyyətlərlə bağlı valideynləri maarifləndirmək olmuşdur.

Sinif rəhbəri Nuranə Kərimova valideynlərə  şagirdlərin təlim nəticələri, onların davranışı haqqında məlumat verdi. Məktəbin psixoloqu Vəfa Əliyeva, xüsusən, yeniyetməlik yaş dövründə qarşıya çıxa biləcək çətinlikləri yalnız müəllim-şagird-valideyn münasibətlərini düzgün formalaşdırmaqla aradan qaldırmağın mümkün olacağını bildirdi və valideynlərin məktəblə əməkdaşlığının zəruriliyi barədə bir sıra tövsiyələr verdi. Eyni zamanda  psixoloq və  müəllimlər  qeyd etdilər  ki, valideynin məktəblə düzgün əməkdaşlığı nəticəsində şagirdlər öz məsuliyyətini daha dəqiq dərk edir və  bu da onların  uğurlarının artmasına gətirib çıxarır.

              Sonda valideynləri maraqlandıran suallar cavablandırıldı və iştirak üçün təşəkkür edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi