“Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində konfrans keçirilmişdir

22 may 2024-cü il tarixində Suraxanı rayonu "Atəşgah məbədi" Dövlət Tarix–Memarlıq Qoruğunda Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının təqdimatında Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin, Suraxanı rayon İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və “Suraxanı OYL" Əməliyyat Şirkətinin birgə tərəfdaşlığı ilə “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində “Yaşıl Dünya: Qlobal İqlim Dəyişiklikləri və Ətraf Mühitin Dayanıqlı İnkişafı Naminə Müasir Çağırışlar, Qarşıya Çıxan Problemlər və Həll Yolları” adlı konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, Prezident cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi böyük tarixi əhəmiyyətə malikdir. Yerli təşkilatın sədri vurğulamışdır ki, YAP Suraxanı rayon təşkilatı tərəfindən müvafiq tədbirlər planı hazırlanaraq həyata keçirilməkdədir. Belə ki, müvafiq tədbirlər planına uyğun olaraq il ərzində ağacəkmə aksiyaları, nəzəri-praktik seminarlar, çimərliklərdə təmizlik aksiyaları həyata keçirilib. Vüqar Seyidov bildirib ki, bundan sonra da bu tədbirlərin keçirilməsi davam edəcək.