“ SU HƏYATDIR - HƏYATIMIZI QORUYAQ”

Bildiyimiz kimi, Bakı şəhəri üzrə Təhsil idarəsi 2016-2017-ci tədris ilini “Təhsili dəyərə çevirək” devizi altında “Ekologiya və Sağlamlıq”istiqamətində “Ekoloji aylıqlar” layihəsinə start verib. Bu məqsədlə Bakı şəhəri 318 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Həsənova Vüsalə 3 "A" sinfində layihəni dəstəkləyərək “ Su həyatdır- həyatımızı qoruyaq” adlı açıq dərs keçirmişdir. İlk olaraq, müəllim hazırlanmış slayd ilə mövzu haqqında ətraflı məlumat verdi, daha sonra şagirdlər bir neçə layihə ilə çıxış etdilər. Bu ümumdünya miqyaslı problemdir. Ona görə da bu problemi şagirdlərə bildirib, onun həlli yollarını öyrətmək lazımdır. Şagirdlərə izah olundu ki, su mənbələrinin çirklənməsi dedikdə, suların keyfiyyətini pisləşdirən, su obyektlərinin səthinə, dibinə və ətrafına mənfi təsir edən zərərli maddələrin tökülməsi və axıdılması başa düşülür. Belə su mənbələrində yaşayan balıqlar , xərçənglər , bitkilər və başqa canlı orqanizmlər normal yaşaya və çoxala bilmir , məhv olurlar. Çirklənmiş suyun təmizlənməsi o qədər də asan deyil. Çirkab suları nə qədər güclü çirklənərsə, onların yenidən təmizlənməsi üçün xərclər də bir o qədər çox olar. Şagirdlər suyun və torpağın çirklənməsi və bu problemlərin aradan qaldırılması yollarını müzakirə etdilər. Nəticədə, şagirdlər təbiəti qorumağın düzgün yolları, sudan səmərəli istifadə və həyat keyfiyyətini yüksəltmək yolları ilə tanış oldular.