“ Hər bir məktəbli bir ekoloqdur”

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Təhsili Dəyərə Çevirək” devizi altında “Ekologiya və Sağlamlıq”istiqamətində “Ekoloji aylıqlar” layihəsinə start verilib. Bu məqsədlə 24 fevral2017 tarixində Bakı şəhəri 318 nömrəli tam orta məktəbdə də bu layihəni dəstəkləyərək “ hər bir məktəbli bir ekoloqdur” adlı "Dəyirmi masa" keçirilmişdir. Məktəbin biologiya müəllimi Şəhla Mehdiyevanın rəhbərliyi ilə 8 "B" sinfində keçirilən dərs - insanların ətraf mühit problemlərinin həllinə erkən yaşlarından cəlb edilməsi, bitgilərə qulluq, təbiətə sevgi, ekoloji maarifləndirmənin daha da gücləndirilməsi kimi onəmli dəyərlər əsas hədəf olmuşdur. Dərs zamanı şagirdlərdə bitgilərə maraq, qayğı və məhəbbət oyatmaq, insanların təbiətə təsiri, hamımız üçün bir olan Yer kürəmizin məruz qaldığı kimyəvi və bioloji problemlər müzakirə olundu. Biz zəngin və füsunkar bitkilər aləminin- vəhşi heyvanlardan tutmuş ən xırda həşəratlara qədər saysız-hesabsız canlılar əhatəsindəyik. Dünyamızın sabahı və gələcəyi bu vəhdətdən və bu vəhdətin əzəli və əbədi tarazlığından asılıdır. Bu harmoniyanın bu tarazlığın pozulması dünyanı fəlakətə sürüklüyə bilər, bütün bəşəriyyəti, dünyanı məhv edə bilər. Ona görə də biz insanlar təbiətə qayğı və məhəbbətlə yanaşmalı, planetimizin bitki örtüyünü – onun florasını və canlılar aləmini – onun faunasını qorumalıyıq. Belə layihələr şagirdlərdə təbiətə maraq, qayğı və məhəbbət oyatmaq, onun sərvətindən düzgün yararlanmaq, ekoloji mədəniyyət və tərbiyə aşılamaq, şagirdlərdə xüsusi qabiliyyəti üzə çixarmaq istiqamətində əsas rol oynayır. Şagirdlər arzu və istəklərini bildirdilər. Ekoloji tədris layihəsi çərçivəsində məktəbdə bu kimi layihələr gələcəkdə də davam etdiriləcək." Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız. Təbiətə zərər vuranlar, ağac kəsənlər, təbiəti çirkləndirənlər, korlayanlar cəmiyyətimizin, hamımızın düşmənidir. Ona görə də qurub yaradın." Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri.