"Həyəcan hissinin düzgün idarə olunması" mövzusunda psixokorreksiya işi aparıldı

IV, VI siniflərdə keçiriləcək monitorinq zamanı psixoloji hazırlığın təşkil olunması, sağlam həyat tərzinin formalaşdırılması məqsədilə məktəbin psixoloqları Vəfa Əliyeva və Şəbnəm Əzizova tərəfindən şagirdlərlə psixokorreksiya işi aparıldı. Psixoloqlar şagirdlərə həyəcan hissinin təbii hal olduğunu, lakin həddindən artıq həyəcan hissinin onlarda uğursuzluğa gətirib çıxara biləcəklərini bildirərək, həyəcan hissini düzgün şəkildə idarə etmək üçün bir neçə "nəfəsalma texnikaları" və "relaksasiya məşğələləri" ilə şagirdləri tanış etdilər. Son olaraq, imtahandan öncə düzgün yuxu rejimi, imtahanda zamanın düzgün istifadə edilməsi barədə bir sıra psixoloji tövsiyələr verilərək şagirdlərə uğurlar arzu edildi.