“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar dərs keçirilib

318 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar dərs keçirilib. Qeyd olunub ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.