Valideynlərlə görüş keçirildi

Yeniyetmə şagirdlərin valideynləri ilə növbəti görüş keçirildi. İclasda sinif rəhbəri, fənn müəllimləri və məktəbin psixoloqları iştirak etdilər.  Psixoloqlar şagirdlərin yaş dövrü ilə əlaqədar olaraq baş verə biləcək psixoloji  problemlər və onların həlli yolları, "risk qrupuna" daxil olma ehtimalı olan yeniyetmələr haqqında  valideynlərə  məlumat verdilər. "Risk qrupu"na aid olan şagirdlər  dedikdə, arzuolunmaz təsir altına düşə biləcək uşaqlar nəzərdə tutulur.  Həmçinin onların əsasən natamam və qeyri-sabit sosial-iqtisadi durumlu ailələrdən olduqları  qeyd edildi. Psixoloqlar bildirdi ki, risk qrupuna aid olma ehtimalı olan şagirdlər   üzərində nəzarət yalnız ailə və məktəbin birgə fəaliyyəti nəticəsində mümkündür. Eyni zamanda  bildirildi ki, yeniyetməlik yaş dövrünün  əsas aparıcı  fəaliyyət forması - ünsiyyət olduğundan, valideyn və övlad arasında  sağlam  ünsiyyət olduqda, baş verə biləcək problemlərin qarşısını almaq mümkündür.

İclasın sonunda   valideynləri  maraqlandıran suallar cavablandırıldı və müəyyən tövsiyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi