Şagirdlər Bədii gimnastika üzrə Dünya kubokunu izləyiblər

   2024-cü il aprelin 21-dən 23-nədək paytaxtımız gimnastika üzrə daha bir yarışa ev sahibliyi edib. Belə ki, bu dəfə dünyanın ən güclü bədii gimnastları ölkəmizdə təşkil olunan Dünya kubokunda bir araya gəliblər.

   Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi 4-cü beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 40 ölkədən 135 idmançı fərdi və qrup hərəkətləri proqramında mübarizə aparıb. 

   3 gün ərzində baş tutmuş yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparıblar.

   318 nömrəli tam orta məktəbin şagird və müəllim heyəti bədii gimnastların maraqlı və rəngarəng performanslarını izləyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi