"Bullinq nədir?" mövzusunda psixomaarifləndirmə işi aparıldı

Məktəbin psixoloqları Vəfa Əliyeva və Şəbnəm Əzizova tərəfindən  erkən yeniyetməlik yaş dövründə olan şagirdlərlə "Bullinq anlayışı, onun yaratdığı fəsadlar və onunla mübarizə yolları" haqqında maarifləndirmə işi həyata keçirildi. Təlim zamanı uşaqlara bullinqin məktəb mühitində başqalarına təsir göstərmək üçün tətbiq edilən, həmyaşıdlar tərəfindən göstərilən təzyiq olduğunu, buraya şifahi qısnama (verbal), fiziki, psixoloji təzyiqin daxil olduğu  bildirildi. Psixoloqlar, xüsusilə, yeniyetmələr arasında geniş yayılan bullinqin çox ciddi fiziki və psixoloji travmalara və faciələrə səbəb olduğunu, onun qarşısının alınması üsulları və müdaxilə metodlarını qeyd etdilər.

Sonda şagirdlər mövzu əsasında  fikir və qeydlərini  "Problemlərlə mübarizə" lövhəsində qeyd etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi