Gənc idmançıların uğuru

    Kikboksinq Azərbaycanda populyar idman növlərindəndir. Ölkəmizdə bu sahədə çoxlu klublar fəaliyyət göstərir. 318 nömrəli tam orta məktəbin şagirdləri Əlizadə Bəxtiyar və Rza İbrahim Azərbaycan Kikboksinq Federasiyası Nokaut idman klubunun üzvləridir. Onlar Nokaut idman klubunun Kikboksinq idman növü üzrə təşkil etdiyi Dostluq Turnirində uğur qazanaraq I (birinci) yerə layiq görülüblər. Əlizadə Bəxtiyar 15 yaş qrupunda 56 kq çəki dərəcəsində, Rza İbrahim isə 14 yaş qrupunda 51 kq çəki dərəcəsində yarışıblar. Gənc idmançılar medal və diplomla təltif olunublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi