“Təhsili dəyərə çevirək “ devizi altında “Ekologiya və Sağlamlıq” istiqamətində “Çərşənbə iməclikləri”

2016-2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi öz fəaliyyətlərini “Təhsili Dəyərə Çevirək” devizi adı altında həyata keçirir. Bu məqsədlə Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərində müxtəlif ekoloji layihələrin həyata keçirilməsi planlaşdırılmışdır. Hal-hazırda Novruz bayramı və ilaxır çərşənbələr ərəfəsində həyata keçirilməsi planlaşdırılıan fəaliyyətlərdən biridə “Çərşənbə iməclikləridir” . Bu məqsədlə Bakı şəhəri 318 nömrəli tam orta məktəbdə də bu layihəni dəstəkləyərək "Çərşənbə iməclikləri"nə start verdi. Su çərşənbəsi — Novruz bayramının ilk çərşənbəsidir. Bu çərşənbəyə "Əzəl çərşənbə", "Sular Novruzu" da deyirlər. 21 fevral 2017 tarixində məktəbimizin bir qrup şagirdlərinin iştirakı ilə texnologiya dərsində iməclik təşkil olundu. Şagirdlər həvəslə ilk çərşənbə iməcliyində iştirak etdilər. Məktəbyanı ərazidə təmizlik işləri apardılar, ağacların diblərini bellədilər, sahəni alaq otlarından təmizləyib gülləri suvardılar. "Su çərşənbə"niz mübarək!