Şagirdlər "Erkən nikahın fəsadları" mövzusunda keçirilən tədbirdə iştirak etdilər

Suraxanı rayonu Gənclər Evində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri tərəfindən yeniyetmə qızlarla "Erkən nikahın fəsadları" və "Əmək istismarı" mövzularında  tədbir keçirilmişdir. Tədbirdə 318 nömrəli tam orta məktəbin psixoloq və şagirdləri də iştirak etmişlər.

Tədbirin əsas məqsədi erkən nikah hallarının yaratdığı fəsadlar haqqında cəmiyyətin müxtəlif təbəqələrinin məlumatlandırılması və erkən nikah hallarının qarşısının alınması olmuşdur. Çıxış edən qonaqlar erkən nikah hallarının cəmiyyət üçün yaratdığı fəsadlardan, bu cür halların gənc qızların təhsildən yayınmasına və səhhətlərinə birbaşa təsirindən söhbət açmış, valideynləri məlumatlı olmağa və bu istiqamətdə maariflənməyə səsləmişlər.

Sonda gənclərlə müzakirələr aparılmış, müvafiq təkliflər dinlənilmişdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi