Bu gün Beynəlxalq Kitab Bağışlama Günüdür

Fevralın 14-ü Beynəlxalq Kitab Bağışlama Günüdür. Bu, təqvimdə ən gənc bayramlardan biri sayılır. Bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları ümumi məqsəd ətrafında birləşdirir. 2012-ci ildən qeyd edilən bu bayram ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. 

Kitab Bağışlama günü ilə əlaqədar Nizami rayonu 12 nömrəli tam orta məktəbin 1-ci sinif şagirdləri 318 nömrəli tam orta məktəbin 3 “A” sinif şagirdlərinə kitab hədiyyə ediblər. Hədiyyələr uşaqlarda kitaba məhəbbət oyadaraq onlarda kitab oxumaq həvəsi və hədiyyə etmək sevinci formalaşdırır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi