Yeniyetmə şagirdlərin valideynləri ilə görüş keçirildi

30 yanvar 2024-cü il tarixində yeniyetmə şagirdlərin valideynləri ilə görüş keçirildi. Görüşdə  sinif rəhbərləri, fənn müəllimləri və məktəbin psixoloqları iştirak etdi.

İclasda müəllimlər şagirdlərin davranış və akademik fəaliyyətləri haqqında valideynləri məlumatlandırdı. Məktəb psixoloqları şagirdlərin yaş dövrü ilə əlaqədar olaraq baş verə biləcək psixoloji  problemləri və onların aradan qaldırılma yolları haqqında valideynlərə öz tövsiyələrini verdilər. Eyni zamanda  psixoloqlar bildirdilər ki, yeniyetməlik yaş dövrünün  əsas aparıcı  fəaliyyət forması - ünsiyyət olduğundan, valideyn və övlad arasında  sağlam  ünsiyyət olduqda, baş verə biləcək problemlərin qarşısını almaq mümkündür.

Sonda valideynləri maraqlandıran suallar cavablandırıldı və iştirakları üçün təşəkkür edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi