20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar silsilə tədbirlər keçirilir

Hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Çox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. O müdhiş gecə Azərbaycan xalqı sınağa çəkildi. Həm xalqın öz içində yetişdirdiyi qəhrəmanlar üzə çıxdı.

20 Yanvar faciəsi nəinki Azərbaycan xalqının gözünü qorxutdu, əksinə onun Sovet imperiyasına qarşı nifrətini qat-qat artırdı. Bu qanlı faciədən ötən müddət

ərzində hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarətə gələn yüz minlərlə həmvətənimiz azadlığımız uğrunda şəhid olmuş soydaşlarımızın məzarı qarşısında baş əyərək, onların xatirəsini əziz tuturlar.

Bütün təhsil müəssisələrində olduğu kimi 318 nömrəli tam orta məktəbdə də bu faciəyə həsr olunmuş silsilə tədbirlər keçirilir (https://www.youtube.com/watch?v=cko3be19Orc). Tədbirlərdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun Bakıda və bölgələrdə həyata keçirdiyi qətliamdan, günahsız insanların həyatlarının itirməsindən bəhs edilir, şəhidlərin xatirəsinin ürəklərdə daim yaşayacağı vurğulanır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi