"Reproduktiv sağlamlıq" mövzusu əsasında iclas keçirildi

    11 yanvar 2024-cü il tarixində məktəbin psixoloqları Vəfa Əliyeva və Şəbnəm Əzizova tərəfindən yeniyetmə şagirdlərin  valideynləri ilə "Reproduktiv sağlamlıq" mövzusu əsasında iclas keçirildi. İclasın keçirilməsində məqsəd, yeniyetməlik dövrünə qədəm qoymuş şagirdlərin yaş dövründə yarana biləcək psixoloji və fizioloji problemləri barədə  profilaktik maarifləndirici iş aparmaqdan ibarətdir. 
     Psixoloqlar görüş zamanı metodik vəsaitdə verilmiş mövzular haqqında ətraflı məlumat verərək, şagirdlərin təhlükəsiz şəraitdə sağlam böyüməsinə şərait yaratmaq, özünü və başqalarını tanımağa kömək etmək kimi  mühüm məsələlərə toxundular. Sonda valideynlər  mövzu ilə bağlı fikirlərini bölüşdülər və onları maraqlandıran suallar cavablandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi