Şagirdlər Respublika Fənn Olimpiadasının növbəti mərhələsinə vəsiqə qazanıblar

24 dekabr tarixində keçirilən Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb.

Nəticələrə əsasən, 318 nömrəli tam orta məktəbin şagirdləri – Fərid Vəliyev, Zeynal Rəsulzadə, Rüfət Kişiyev, Valid Məhərrəmli, İslam Məhərrəmli, Elcan Məhərrəmli, Əkbər Süleymanzadə növbəti mərhələyə vəsiqə qazanıblar.

Respublika fənn olimpiadalarının təşkil edilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir. Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix olmaqla 8 fənn üzrə keçirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi