Məktəbin fizika müəllimi Nəzakət Eminovanın rəhbərliyi ilə açıq dərs keçirildi

7 ə sinfində aparılan bu dərsin mövzusu “Bərk cismin təzyiqi” idi. Müəllimin monitorda nümayiş etdirdiyi suallara şagirdlər çox həvəslə cavab verdilər. Tədqiqat sualı ətrafında müzakirələrdən sonra “Tədqiqatın aparılması” bölümündə şagirdlər dinamometr, 1 N-luq yüklər, süngər və digər ləvazimatlarla araşdırma apardılar. Araşdırmanın nəticələrini şagirdlər iş vərəqində qeyd edib suallar ətrafında müzakirələr apardılar. Təzyiq anlayışı ilə tanış olduqdan sonra onun düsturunu yazıb hansı kəmiyyətdən və necə asılı olduğunu müəyyən etdilər. Daha sonra təzyiqin BS-də əsas və digər vahidlərlə ifadəsi göstərildi. Biliyin möhkəmləndirilməsi üçün şagirdlərə mövzuya uyğun məsələ və tapşırıqlar verildi. Dərsin sonunda iş vərəqləri yığıldı, yoxlanılaraq qiymətlənirildi. Dərs müasir formada: kurikulumun standartlarına uyğun və Promethean lövhədən istifadə olunmaqla aparıldı.