"Gigiyena sağlamlığın əsasıdır!" mövzusunda şagirdlərlə söhbət aparılıb

14 dekabr 2023-cü il tarixində 318 nömrəli tam orta məktəbin Uşaq Birliyi Təşkilatı Rəhbəri Məlahət Balacanova və həkim Zümrüd Hacıyeva şagirdlərlə  "Gigiyena sağlamlığın əsasıdır!" mövzusunda təşkilat saatı keçirib.

Tədbirdə gigiyena və sağlamlıq haqqında ətraflı məlumat verərək, qaydalara əməl etməyin vacib olduğu bildirilib. Daha sonra şagirdlər onlara ünvanlanan sualları cavablandırıblar, maraqlı müzakirələr aparılıb.

Proqramın məqsədi gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdir.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi