"Məmməd Araz poeziyası" adlı tədbir keçirilib

Müasir Azərbaycan ədəbiyyatının inkişafında Məmməd Arazın özünəməxsus yeri və rolu vardır. Onun dərin fəlsəfi məzmunlu lirikası zəngin ənənələrə malik milli poeziyamızı keyfiyyətcə yeni mərhələyə qaldıraraq daha da zənginləşdirmişdir.

Ümummilli liderimiz Heydər Əliyevin Xalq şairi, poeziyamızın istedadlı nümayəndəsi Məmməd Arazın yaradıcılığına münasibəti də maraq doğurur. Müdrik rəhbər həm Məmməd Arazın şəxsiyyətinə, həm də böyük istedadına, bənzərsiz sənətinə daim yüksək qiymət vermişdir.

Dekabrın 14-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Suraxanı rayon Heydər Əliyev Mərkəzi və Qurban Abbasov adına Mədəniyyət Sarayının birgə təşkilatçılığı ilə Azərbaycanın Xalq şairi Məmməd Arazın 90 illiyinə həsr edilmiş “Müasir Azərbaycan ədəbiyyatında Məmməd Araz poeziyasının müstəsna rolu” adlı ədəbi-bədii tədbir keçirilib.

Tədbirdə 318 nömrəli tam orta məktəbin numayəndə heyəti də iştirak edib. Burada çıxış edənlər bildiriblər ki, milli poeziyamıza əvəzsiz töhfələr verən Xalq şairi, tərcüməçi, publisist, Əməkdar incəsənət xadimi Məmməd Araz ədəbiyyat tariximizdə Azərbaycanın milli istiqlaliyyəti, birliyi və ərazi bütövlüyü uğrunda öz qələmi ilə mübarizə aparan sənətkarlardan olub.

Bədii hissədə Məmməd Araz şeirləri səsləndirilib, şairin sözlərinə bəstələnmiş musiqi nümunələri təqdim olunub.

Sonda qonaqlar Ulu Öndər Heydər Əliyevin Mərkəzdə nümayiş olunan zəngin ekspozisiyası ilə tanış olublar.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi