Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Heydər Əliyev təkcə Azərbaycanın deyil, dünyanın ən görkəmli siyasətçilərindən biri olub. Müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin möhkəm təməl üzərində ucaltdığı əzəmətli abidədir.

318 nömrəli tam orta məktəbin müəllimi Nuranə Əsədovanın rəhbərliyi ilə 3 “C” sinfində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə bildirilib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ölkəmizdə əmin-amanlıq, sakitlik yaratdı, hərc-mərcliyə son qoydu. Azərbaycan dövləti tarixində quruculuq mərhələsi başladı.

Azərbaycanın bugünkü inkişaf yolunun əsas istiqamətlərindən danışarkən qeyd olundu ki, bu inkişaf xalqımızın Ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsidir. Bu gün də Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycanı daima müstəqil, torpaqlarımızı bütöv şəkildə görmək Ulu Öndərin ən böyük arzularından biri olub. Şuşa şəhərinin işğaldan azad olunduğu gün Cənab Prezident İlham Əliyev vurğulamışdır: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Məhz Cənab Prezidentimizin güclü siyasəti, müzəffər Azərbaycan ordusu, vətənpərvər gənclərimiz sayəsində bu gün Azərbaycan Qalib xalq kimi tanınır.

Tədbirin sonunda vurğulanıb ki, Azərbaycan xalqı durduqca, yaşadıqca, Ulu Öndərin əziz xatirəsi daim xatırlanacaq, heç vaxt unudulmayacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi