"Mən və mənim əhatəm" mövzusunda məşğələ keçirilib

    Reproduktiv sağlamlıq tədrisi üzrə məktəbin psixoloqları  VIII sinif şagirdləri ilə "Mən və mənim əhatəm" mövzusunda məşğələ keçiriblər. Psixoloqlar tərəfindən şagirdlərə dostluğun onlar üçün əhəmiyyəti barədə, dostluq və dostluğa verilən tələblər, yeniyetmə oğlanlar və qızlar arasında dostluq münasibətləri kimi suallar ünvanlanıb. Şagirdlər onlara təqdim edilən  kağızlarda  sinif yoldaşları haqqında  suallara cavab yazıblar. Bununla bərabər psixoloqlar uşaqlara "yeniyetməlik dövründə dostluq münasibəti", "yeniyetmənin dost anlayışı" kimi bir sıra mövzulara da toxunublar. Məşğələ şagirdlər arasında  maraqla qarşılanıb, müzakirə əsasında suallar verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi