“Qadınların cəmiyyətdəki yeri və rolu” adlı tədbir keçirilib

Noyabrın 24-də Suraxanı rayon İcra Hakimiyyətinin və Suraxanı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Qadınların cəmiyyətdəki yeri və rolu” adlı tədbir keçirilib.

Tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin və Rayon Polis İdarəsinin məsul əməkdaşları, rayon məktəblərinin, eləcə də 318 nömrəli tam orta məktəbin  psixoloqları, yuxarı sinif şagirdləri, idarə və müəsissələrinin rəhbərləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb, mövzu ilə bağlı video çarx nümayiş olunub.

Ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ənənə ilə müasirliyin vəhdətinə əsaslanan strateji kursunda qadınların müxtəlif sahələrdə fəallığının və rolunun artırılması mühüm yer tutur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi