İbtidai sinif müəllimi Səadət Səfərova tərəfindən 4 c sinfində keçirilən açıq dərs uşaqların böyük maraq və sevincinə səbəb oldu

Dərs Səadət müəllimin rəhbərlik etdiyi 4 c sinfində keçirilmişdir. Həmişə olduğu kimi bu dəfə də Səadət müəllimin dərsi maraqlı və inkişafetdirici oldu. Açıq dərsin mövzusu “Kütlənin ölçülməsi” idi. Dərs şagirdlərin marketdə alış-veriş etməsi ilə başladı. Daha sonra onlar aldıqları məhsulların kütləsini əl tərəzisi vasitəsi ilə təyin etdilər. Deduktiv metoda əsaslanan dərsdə sinif 4 qrupa bölündü və qədim kütlə vahidlərinin adları ilə adlandırıldı. Dərs zamanı beyin həmləsi, müzakirə, anlayışın çıxarılması, klaster üsullarından istifadə edildi. Dərsdə direktor müavini Rəsmiyyə Hüsenova da iştirak etdi.