"Uşaq hüquqları" aylığı layihəsi çərçivəsində maarifləndirmə işləri davam edir

Uşaq hüquqları — dünyadakı bütün uşaqların qanunla və ya əxlaqi baxımdan doğulduqları gündən sahib olduğu təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının hamısının birdən təyinində istifadə edilən universal anlayışdır.

Uşaq hüquqları Konvensiyası – BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir.

"Uşaq hüquqları" aylığı çərçivəsində   məktəbin psixoloqları tərəfindən şagirdlərlə "Hüquqlarımızı qoruyaq və bilək!" mövzusunda maarifləndirici söhbətlər aparıldı. Şagirdlərə uşaq hüquqlarının yaranma tarixi, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumatlar verildi. Mövzu ilə bağlı olaraq slayd və videoçarx nümayiş olundu, şagirdlərin fikirləri dinlənildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi