Müəllimlərin təşəbbüsü ilə məktəbdə ITE – Təhsildə İnnovativ Texnologiyalar əlavə təhsil mərkəzinin təlimlərinə start verildi

Tədris prosesində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi bu günün zəruri tələblərindən biridir. Dərslərdə İKT- nin imkanlarından, xüsusilə də interaktiv lövhədən geniş istifadə olunması tədris prosesini daha yaddaqalan, maraqlı etməklə yanaşı, şagirdlər tərəfindən mövzunun daha dərindən dərk edilərək mənimsənilməsinə, həmçinin təhsilin keyfiyyətinin artmasına zəmin yaradır. Bunu nəzərə alaraq müəllimlər daima öz uzərlərində işləyib təhsildə bütün yeniliklərə yiyələnməyə və bu yenilikləri tətbiq etməyə hər zaman səy göstərirlər. Bu səbəbdən müəllimlərin təşəbbüsü ilə məktəbdə ITE – Təhsildə İnnovativ Texnologiyalar əlavə təhsil mərkəzinin təlimlərinə start verildi. Dərslər müasir kompyuterlərlə, elektron lövhə və proyektorla təmin olunmuş otaqlarda keçilir.