10 oktyabr - Psixi Sağlamlıq Günüdür

Dünya əhalisinin psixi sağlamlıq problemləri ilə bağlı məlumatlılıq səviyyəsini yüksəltmək məqsədi İlə hər il oktyabrın 10-da “Dünya Psixi Sağlamlıq Günü” (World Mental Health Day) qeyd edilir. Psixi sağlamlıq fiziki sağlamlıq qədər əhəmiyyətlidir.

Psixi sağlamlıq insanın öz arzularını və bacarıqlarını reallaşdıra bildiyi, həyat stresslərinin öhdəsindən gəldiyi, insanın öz həyatını keyfiyyətli yaşamağı bacara bildiyi durumdur.

Psixi Sağlamlıq günü ilə əlaqədar məktəbin psixoloqları Vəfa Əliyeva və Şəbnəm Hümbətova psixi sağlamlıq anlayışı haqqında şagirdlərin məlumatlılıq səviyyəsini yüksəltmək məqsədi İlə onlarla maarifləndirmə işi aparıb.

Maarifləndirmə işi  zamanı şagirdlərə psixi sağlamlıq və ona təsir edən amillər haqqında ətraflı məlumat verilib.

Sonda mövzuya uyğun iş vərəqləri paylanılıb və şagirdlərin fikirləri dinlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi