Bu gün Azərbaycan dili və ədəbiyyat müəllimi Səfərova Xəyalə ədəbiyyat fənnindən açıq dərs verdi

Açıq dərs 6 ə sinfində keçiridi. Dərsdə məktəbin direktoru Mürsəl Kazımov və direktor müavini Tutu Həmzəyeva iştirak etdi. Müəllim azərbaycan nağıllarından, dastanlarından söhbət açaraq şagirdlərə maraqlı suallar verdi. Suallar elə qurulmuşdu ki, şagirdlərin cavabları söhbəti tarixi qəhrəmanlarımıza gətirib çıxardı. Babək, Cavanşir, Şah İsmayıl Xətai və s. kimi tarixi qəhrəmanlar haqqında uşaqlar maraqla danışdılar. Daha sonra Qarabağ uğrunda döyüşlərdən və bu döyüşdə şücaət göstərən igidlərimiz haqqında söhbət açıldı. Uşaqlara “Cavanşir” adlı cizgi filmi təqdim edildi. Filmdə vətənpərvərlik, doğma torpağa bağlılıq, qəhrəmanlıq hissi aşılanırdı. Şagirdlər çox maraqla filmi izlədilər. Filmdən sonra şagirdlər qruplara bölnərək müəllimin hazırladığı iş vərəqlərindəki tapşırıqları yerinə yetirdilər, sualları cavablandırdılar. Şagirdlər təlim nəticələrinə əsasən qiymətləndirildi. Dərsin sonunda Tutu müəllim Xəyalə müəllimə və şagirdlərə maraqlı dərs üçün öz təşəkkürünü bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi