“Şəhidlər unudulmur” mövzusunda inşa yazı müsabiqəsi keçirilib

2 oktyabr 2023-cü il tarixində Bakı şəhəri 318 nömrəli tam orta məktəbdə “Şəhidlər unudulmur” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.

Müsabiqədə Azərbaycan dili və ədəbiyyat müəllimi Sevinc Süleymanova 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün ərzində şanlı ordumuzun qələbəsi ilə başa çatan ikinci Qarabağ müharibəsi haqqında şagirdlərə məlumat verib. O, bildirib ki, 44 günlük ikinci  Qarabağ müharibəsində şanlı ordumuzun uğurlu əməliyyatları nəticəsində işğal altında olan torpaqlarımız düşməndən azad edilmişdir. Vətən uğrunda gedən döyüşlərdə igidlər yorulmaq bilmədən məharətlə vuruşmuş, öz igidlikləri ilə xüsusilə seçilmiş, əsl qəhrəmanlıq dastanı yazmışlar.

Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin istedad və yaradıcılıq potensialının inkişaf etdirilməsi ilə yanaşı məktəblilərə Vətənə sevgi və məhəbbət hisslərinin aşılanması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələndirilməsinin təmin edilməsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi