İlk dərs saatları "Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur" mövzusuna həsr edildi

15 sentyabr 2023-cü il tarixində 318 nömrəli tam orta məktəbdə ilk dərs saatları "Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur" mövzusuna həsr edildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü il ölkəmizdə "Heydər Əliyev İli" elan edilmişdir. Ümummilli lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 100-cü ilinin tamam olması ilə əlaqədar bu ilin ölkəmizdə "Heydər Əliyev İli" elan edilməsi bütün təbəqələrdə sevinclə qarşılanmışdır.

Azərbaycan xalqının taleyi və uğurlu tarixi dahi şəxsiyyət Heydər Əliyevin adı və ideyaları ilə bağlıdır. Ulu öndərin gərgin əməyi sayəsində Azərbaycan dünyanın siyasi meydanında öz sözünü deyə bilən qüdrətli dövlətə çevrilmişdir.

Gələcək nəsillərin üzərinə düşən ən böyük məsuliyyət Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan dövlətinin daha da çiçəklənməsi və qüdrətlənməsi, xalqımızın rifahı naminə fədakarlıqla çalışmaq, milli birliyimizə sədaqətlə xidmət göstərməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi