“İnsan hüquqları aylığı” çərçivəsində məktəbdə tədbirlər keçirilir

Mayın 18-dən iyunun 18-dək ölkədə “İnsan hüquqları aylığı”nın keçirildiyi şagirdlərin diqqətinə çatdırılır. Həmçinin, insan və vətəndaş hüquq, azadlıqlarının qorunması, ona əməl edilməsi, habelə çatışmazlıqların, pozuntuların aşkar edilməsi, pozulmuş hüquqların bərpası və qarşısının alınması məsələlərinə toxunulur.

318 nömrəli tam orta məktəbdə keçirilən tədbirlərdə ümummilli lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyi və ulu öndərin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin 2007-ci il 18 iyun tarixli sərəncamına əsasən, hər il iyunun 18-nin respublikamızda İnsan Hüquqları Günü kimi qeyd olunduğu vurğulanır.

“İnsan hüquqları aylığı” çərçivəsində məktəbdə tədbirlərin keçirilməsinin əsas məqsədi insan hüquqlarını və hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini şagirdlər arasında təbliğ etmək, eləcə də cəmiyyətdə insan ləyaqətinə hörmətin, insan hüquqlarına əməl olunmasının zəruriliyini önə çəkməklə, şagirdlərdə humanizm keyfiyyətlərini formalaşdırmaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi