"Ailə, məktəb və cəmiyyət" layihəsi əsasında görüş keçirildi

    Bakı şəhəri 318 nömrəli tam orta məktəbdə "Ailə,məktəb və cəmiyyət"  adlı maarifləndirmə  layihəsi əsasında valideynlərlə  görüş keçirildi. Görüşdə, məktəb psixoloqları Vəfa Əliyeva və Şəbnəm Hümbətova ailənin psixoloji iqliminə təsir edən amillər, ailədaxili münasibətlərin və ailə zorakılığının uşaqların təlim fəaliyyətinə, davranışına, psixoloji durumuna təsiri, ailədə yaranan problemlər və onların həlli yolları haqqında danışdılar. Onlar valideyn-məktəb-şagird münasibətlərinin qarşılıqlı əlaqəsinin düzgün qurulması barədə  valideynlərə məlumat verdilər.

    Sonda mövzu ilə bağlı  valideynlərin fikirləri dinlənildi və  onları maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi