Müstəqilliyimiz bizim sərvətimizdir

    Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 105-ci ildönümünü qeyd edirik. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.

   Azərbaycan Xalq Cümhuriyyətinin 105 illiyi munasibəti ilə 318 nömrəli tam orta məktəbin tarix muəllimi Gultekin Piriyeva 8 “D” sinif şagirdləri ilə "Müstəqilliyimiz bizim sərvətimizdir" mövzusunda “Dəyirmi masa” keçirib.

    Tədbirdə qeyd edilib ki, 105 illik yolun ümumiləşdirilmiş ifadəsi şanlı Zəfəri ilə dünyaya səs salan Azərbaycanın hazırkı reallıqlarıdır. Azərbaycan xalqı 3-cü ildir ki, 28 May – Müstəqillik Gününü qalib xalq kimi qarşılayır. Bu əziz bayram erməni işğalından azad edilən torpaqlarda da qeyd olunur. Üçrəngli bayraq doğma Qarabağda – Şuşada, Ağdamda, Zəngilanda qürurla dalğalanır. Azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri də məhz siyasi-iqtisadi müstəqilliyin nəticəsi, dövlətimizin gücünün göstəricisidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi