318 saylı məktəbdə 20 Yanvar şəhidlərinin anım gecəsi keçirildi

Bu gün məktəbimizdə 20 Yanvar şəhidlərinin anım gecəsi oldu. Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirildi. Məktəbin direktoru Mürsəl Kazımov Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan, xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi haqqında danışdı. O, xalqımızın müstəqillik mübarizəsi tarixinə həkk olunmuş 20 Yanvar faciəsindən bəhs edərək, həmin tarixin həm şəhidlərin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birliyi, həmrəyliyi günü olduğunu bildirdi. Şagirdlər Şəhidlərə həsr olunmuş səhnəcik və şeirlərlə çıxış etdilər. Tədbirdə 20 Yanvar faciəsi ilə bağlı sənədli film nümayiş etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi